Ukrayna klubunda kütləvi yoluxma: Oyun təxirə salındı

 14:45 30.05.2020     590

Futbol üzrə Ukrayna Premyer Liqasında (UPL) XXIV turun "Karpatı" - "Mariupol" oyunu keçirilməyəcək.

Redaktor.az-ın məlumatına görə, səbəb Lvov təmsilçisinin bəzi futbolçuları və əməkdaşlarının koronavirus testlərinin müsbət nəticə verməsidir. Onlar özünütədric rejiminə keçiriliblər və hamısında xəstəliyin simptomsuz yayıldığı bildirilib. Klub dərhal UPL rəhbərliyini bilgiləndirib.

Görüş mayın 31-nə nəzərdə tutulurdu. Qarşılaşmanın gələcək taleyinə dair qərar tezliklə veriləcək.

Qeyd edək ki, UPL bu gün bərpa olunacaq. 

Vumart və Güvən reklamı Vumart Güvən