Beşqat ölkə çempionu çempionatdan uzaqlaşdırıldı

 20:31 30.05.2020     667

Qazaxıstanın “İrtış” klubu ölkə çempionatındakı çıxışını dayandırıb.

Redaktor.az xəbər verir ki, bununla bağlı klub liqa rəhbərliyinə müraciət edib.

Klubun maddi öhdəlikləri yerinə yetirə bilmədiyi üçün çempionatda iştirakdan imtina etmək qərarına gəldiyi vurğulanıb. Buna görə "İrtış" çempionatdan uzaqlaşdırılıb.

Qeyd edək ki, “İrtış” beşqat Qazaxıstan çempionu və bir dəfə ölkə kubokunun qalibi olub. / Qol.az

Vumart və Güvən reklamı Vumart Güvən