İtaliya A Seriyasında hər gün oyun olacaq

 09:48 31.05.2020     529

Futbol üzrə İtaliya çempionatının (A Seriyası) bərpasından sonra oyunlar həftənin hər gününü əhatə edəcək.

Redaktor.az-ın məlumatına görə, bu addım mövsümü avqustun 2-də başa çatdırmaq məqsədilə atılır.

İyunun 20-də bərpa olunacaq A Seriyasının qarşılaşmalarının vaxtı televiziya şirkətləri və klubların maraqlarına uyğun müəyyənləşəcək. Görüşlər bazar ertəsi 22:00, çərşənbə axşamı, çərşənbə və cümə axşamları 20:00 və 22:00-da başlayacaq. Cümə günləri yalnız bir matç olacaq ki, o da 22:00-da start götürəcək. Şənbə və bazar günləri isə oyunların başlaması 18:15, 20:30 və 22:45-ə nəzərdə tutulub. //APA

Vumart və Güvən reklamı Vumart Güvən