Premyer Liqada turun bütün matçları eyni gündə olacaq
Azərbaycan Premyer Liqasının klubları sabahdan məşqləri bərpa edəcək.
Redaktor.az-ın məlumatına görə, bu gün AFFA, PFL və klublar arasında baş tutan videogörüşdən sonra bu barədə qərar verilib.
Koronavirus pandemiyası səbəbindən martın 13-də dayandırılan Premyer Liqanın yeni təqvimi də dəqiqləşib. Qərara alınıb ki, hər turun 4 qarşılaşması eyni gündə keçirilsin. Bu addım komandalara eyni istirahət və yüklənmə balansı verilməsi üçün atılıb. //APA












