"Zirə" Anastasios Papazoğlu ilə yollarını ayırıb

 14:19 01.06.2020     583

“Zirə” klubunda ilk rəsmi ayrılıq baş verib.

Redaktor.az-ın məlumatına görə, Bakı təmsilçisi müdafiəçi Anastasios Papazoğlu ilə vidalaşıb.

Müqavilə müddəti bu gün başa çatan yunanıstanlı oyunçu ilə yeni saziş bağlamağa ehtiyac duyulmayıb. Hələ qış fasiləsində əvəzedici heyətə göndərilən və həmin vaxtdan əsas komanda ilə məşq etməyən 32 yaşlı futbolçu bu gündən azad agent statusu daşıyır.
 
Qeyd edək ki, “Zirə”yə ötən ilin yayında OFİ klubundan keçən Anastasios Papazoğlu Premyer Liqada 10 oyunda iştirak edib, 1 avtoqola imza atıb. //APAsport

Vumart və Güvən reklamı Vumart Güvən