"Neftçi" legioneri ilə yollarını ayırdı - AÇIQLAMA
"Neftçi" müqavilə müddəti başa çatan müdafiəçi Donald Gerye ilə qarşılıqlı razılaşma əsasında yollarını ayırıb.
Redaktor.az xəbər verir ki, bu barədə klubun rəsmi "Facebook" səhifəsi xəbər yayıb.
Qeyd edək ki, Donald Gerye bu mövsüm “Neftçi”nin heyətində 14 oyunda meydana çıxıb, 1 qol vurub.












