Daha bir ölkədə azarkeşlərin stadiona girişinə icazə verildi

 23:31 02.06.2020     593

İyunun 5-də bərpa olunacaq futbol üzrə Bolqarıstan çempionatında azarkeşlərin stadionlara girişinə qadağa qoyulmayacaq.

Redaktor.az-ın məlumatına görə, ölkənin Səhiyyə Nazirliyi tərəfdarların matçları tribunadan izləməsinə icazə verib.

Nazirliyin açıqlamasında bildirilib ki, tribunaların 30 faizdən çox hissəsi dolmamalıdır. Bu qərar birinci və ikinci liqanın oyunlarına şamil olunacaq.

Daha əvvəl Rusiya Futbol İttifaqı Premyer Liqanın azarkeşlərin iştirakı ilə bərpa olunacağını açıqlayıb.

Qeyd edək ki, Bolqarıstanda yerli liqalar martın 13-də koronavirus pandemiyası səbəbindən dayandırılıb. Cari mövsüm iyulun 11-də başa çatacaq.

Vumart və Güvən reklamı Vumart Güvən