"Neftçi" qapıçısı ilə müqaviləni yenilədi - RƏSMİ

 11:44 03.06.2020     519

"Neftçi” klubu daha bir futbolçu ilə müqavilənin müddətini uzadıb.

Redaktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qapıçı Kamran İbrahimovla anlaşma daha 2 il artırılıb. 20 yaşlı qolkiper 2022-ci il mayın sonunadək "ağ-qaralar”ın formasını geyinəcək.

Qeyd edək ki, bundan əvvəl Anton Krivotsyuk, Emin Mahmudov və Ömər Buludov da yeni anlaşmaya imza atıb.

Vumart və Güvən reklamı Vumart Güvən