“Sabah” futbolçusu ilə müqaviləni yeniləyib
Bakının “Sabah” klubu futbolçusu Xulio Rodriqeslə müqavilənin müddətini uzadıb.
Redaktor.az xəbər verir ki, sözləşməyə əsasən, 29 yaşlı paraqvaylı hücumçu daha bir il komandanın uğurları üçün çalışacaq.
Xatırladaq ki, o, “Sabah”a bu ilin yanvarında transfer olunub.












