Azərbaycanlı döyüşçü rusların keçirdiyi yarışda qalib gəldi
Azərbaycanlı MMA döyüşçüsü Nəriman Abbasov Rusiyanın “Vestnik MMA” səhifəsinin keçirdiyi onlayn yarışın qalibi olub.
Redaktor.az xəbər verir ki, o, yarışın final mərhələsində “Borz” ləqəbli çeçenistanlı Yusuf Raisovla qarşılaşıb.
Səsvermədə daha çox N.Abbasov səs toplayıb və yarışın qalibi olub. İdmançımıza xüsusi hədiyyə veriləcək. Lakin sərhədlər bağlı olduğundan Nəriman bu hədiyyəni götürməyəcək. Onun şəxsi məşqçisi Şəhriyar Abbasovun saytımıza verdiyi məlumata görə, təşkilatçılara hədiyyənin Rusiyadakı azərbaycanlılardan birinə verilməsi ilə bağlı müraciət olunub. //Oxu.az












