“Qalatasaray”ın prezidenti xəstəxanadan çıxıb

 17:59 03.06.2020     632

“Qalatasaray”ın prezidenti Mustafa Cengiz müalicə aldığı xəstəxanadan buraxılıb.

Redaktor.az-ın məlumatına görə, mayın 18-də mədəsindən əməliyyat olunan klub rəhbəri evinə yollanıb.

Xərçəng xəstəliyindən əziyyət çəkən futbol funksionerini müalicəsini bundan sonra evində davam etdirəcək.

Qeyd edək ki, Mustafa Cengiz ilk olaraq mayın 15-də beynindən əməliyyat olunub. //APA

Vumart və Güvən reklamı Vumart Güvən