İngiltərə klublarında 9 nəfər koronavirusa yoluxub

 10:49 04.06.2020     627

İngiltərə Çempionşipində mübarizə aparan klublardan növbəti dəfə koronavirus testi götürülüb.

Redaktor.az İngiltərə Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 9 nəfərin koronavirusa yoluxduğu müəyyənləşib.

24 klubdan 1094 nəfər testdən keçirilib. Onların arasında 6 ayrı klubdan 9 nəfərdə koronavirus aşkarlanıb. 

Test nəticəsi müsbət çıxan şəxslər xüsusi nəzarətə götürülüblər.

Qeyd edək ki, daha əvvəl Çempionşipdə 15 nəfərdə koronavirus aşkarlanmışdı. //Qol.az

Vumart və Güvən reklamı Vumart Güvən