"Qarabağ" türkiyəli futbolçuya 2-ci dəfə təklif göndərəcək

 18:46 05.06.2020     668

Türkiyənin "1928 Bucaspor" klubunun futbolçusu Oğuz Aydın karyerasını Azərbaycanda davam etdirə bilər.

Redaktor.az-ın məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi "Qarabağ"ın maraq dairəsindədir.

Ağdam təmsilçisinin Niderland əsilli vinger üçün 3-cü liqa klubuna 2-ci dəfə rəsmi təklif göndərəcəyi bildirilib.

Qeyd edək ki, Oğuz Aydın Türkiyənin U-19 yığmasında 1 oyun keçirib. //Report.az

Vumart və Güvən reklamı Vumart Güvən