Karantin qaydalarını pozan futbolçular cərimələndi

 19:08 05.06.2020     593

Almaniya Futbol Liqası (DFL) Dortmund "Borussiya"sının futbolçuları - Ceydon Sanço və Manuel Akancini cərimələyib.

Redaktor.az-ın məlumatına görə, buna onların karantin rejiminin qaydalarını pozması səbəb olub.

Evə bərbər çağıran oyunçular daha sonra onlarla çəkdirdikləri fotonu sosial şəbəkədə paylaşıblar. Bu zaman hər iki futbolçunun maskasız olduğu üzə çıxıb. Nəticədə DFL-in İntizam Komitəsi Sanço ilə Akancini cərimələyib. Cərimənin məbləği açıqlanmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən