İtaliya A Seriyasında 5 əvəzetməyə icazə verildi

 03:18 06.06.2020     583

İtaliya Futbol Federasiyası (FIGC) yerli liqalarda əvəzetmə sayının artırılması ilə bağlı yeni qaydanı təsdiqləyib.

Redaktor.az xəbər verir ki, cari mövsümün bərpasından sonra klubların oyun ərzində 5 oyunçu dəyişikliyindən istifadə etməsinə icazə verilib.

Komandalar oyunun sürətini azaltmamaq məqsədilə əvəzetməni 3 dəfəyə həyata keçirməlidirlər.

Qeyd edək ki, İtaliya A Seriyası iyunun 20-də bərpa olunacaq.

Vumart və Güvən reklamı Vumart Güvən