"Bura üçün həqiqətən darıxmışam" - Messi

 22:21 06.06.2020     645

"Barselona"nın futbolçusu Lionel Messi "Kamp Nou" stadionunda məşqlərə qayıdışını şərh edib.

Redaktor.az xəbər verir ki, argentinalı hücumçu stadionda olan şəklini "İnstaqram" hesabında paylaşaraq bu sözləri yazıb: "Bura üçün həqiqətən darıxmışam. Burada oynamağı səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, yüngül zədəsi olan Messinin bir neçə günə komanda ilə məşqlərə başlayacağı gözlənilir.

Vumart və Güvən reklamı Vumart Güvən