Avropa çempionumuz karantini pozdu - VİDEO
Karate üzrə sabiq Avropa çempionumuz Niyazi Əliyev karantin qaydalarını pozub.
Redaktor.az-ın xəbərinə görə, 34 yaşlı keçmiş karateçinin açdığı “Instagram” canlı yayımı zamanı doğulduğu və yaşadığı Maştağa qəsəbəsindəki evində ustaları işlətdiyi aşkara çıxıb.
Qeyd edək ki, Niyazi Əliyev ikiqat Avropa çempionu, I Ümumdünya Döyüş Oyunlarının qalibi, Dünya çempionatının, I Avropa Oyunlarının və III İslam Həmrəyliyi Oyunlarının mükafatçısıdır //Oxu.az












