"Yuventus" daha bir türk ulduz transfer edir

 20:57 07.06.2020     649

Merih Demiralın forma geyindiyi "Yuventus" heyətinə daha bir türk futbolçu qatmaq istəyir.

Redaktor.az xəbər verir ki, Turin klubu Çingiz Ündəri transfer etmək üçün hərəkətə keçib.

"Yuventus" türk futbolçunun qarşığında Romeronu "Roma"ya təklif edib. İcarə əsasında "Cenoa"da çıxış edən Romeronun baş məşqçi Mauritsio Sarrinin planlarına daxil olmadığı bildirilir. 

Məlumata görə, "Yuventus"un idman direktoru Fabio Paratisi gələn həftə "Roma"nın icraçı direktoru Quydo Fienqa ilə görüşərək transfer məsələsini müzakirə edəcək.

Qeyd edək ki, bu mövsüm 20 oyuna çıxan Çingiz Ündər 3 qol vurub. //Fanat.Az

Vumart və Güvən reklamı Vumart Güvən