FİFA “transfer pəncərəsi”nin vaxtını müəyyənləşdirib
FİFA 2020/21 mövsümünün yay “transfer pəncərəsi” ilə bağlı son qərarını verib.
Redaktor.az-ın məlumatına görə, koronavirus pandemiyası səbəbindən ölkə çempionatları dayandırıldığı üçün ali futbol qurumu transfer dönəminin vaxtını dəyişib.
FİFA bütün federasiyalara fərqli tarix müəyyənləşdirmək imkanı verib. Hər ölkədə 2019/20 mövsümünün sonuna 4 tur qalmış “transfer pəncərəsi” açılacaq. Ancaq rəsmi müqavilələr mövsümə son qoyulduqdan sonra imzalanacaq.
Transfer dönəmi oktyabrın 1-nə qədər davam edəcək. Yəni əvvəlki kimi, klublara heyətlərini gücləndirmək üçün təxminən 12 həftə vaxt veriləcək. FİFA yaxın günlərdə bu qərarı rəsmən açıqlayacaq.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında iyulun 5-də XXIV turunun matçlarının keçirilməsi planlaşdırılır. Məhz həmin günkü qarşılaşmalardan sonra mövsümün sonuna 4 tur qalacaq və ölkəmizdə “transfer pəncərəsi” açıq elan olunacaq. //APA












