"Fənərbaxça"da yeni baş məşqçi

 01:12 10.06.2020     640

"Fənərbaxça”nın yeni baş məşqçisi məlum olub.

Redaktor.az xəbər verir ki, komandaya müvəqqəti olaraq Tahir Karapınar rəhbərlik edəcək. O, Superliqanın son 8 turunda “Fənərbaxça”nı çalışdıracaq.

Yeni mövsümdən isə Karapınarın “Fənərbaxça”nın akademiyasında koordinator kimi çalışacağı bildirilib.

Qeyd edək ki, 53 yaşlı mütəxəssis daha əvvəl “Konyaspor”, “Manisaspor”, “Qaziantep” kimi klublarda köməkçi məşqçi kimi işləyib.

Vumart və Güvən reklamı Vumart Güvən