AFFA AVRO-2020 könüllüləri üçün çempionat keçirib

 12:25 10.06.2020     488

AFFA AVRO-2020-nin könüllüləri üçün ilk dəfə “Online İntellektual” çempionatı keçirib.

Redaktor.az-ın məlumatına görə, 4 mərhələdən ibarət yarış bir ay ərzində təşkil edilib. İştirakçılar onlayn form link vasitəsilə təqdim olunan sualları 5 dəqiqə ərzində cavablandırıblar. Turnir “WhatsApp” mobil tətbiqi üzərindən təşkil olunub. 

1700 könüllünün qatıldığı yarışda ilk "10-luq"da yer alanlar müəyyənləşib. 

Qeyd edək ki, bu aydan növbəti oyuna start veriləcək. Hər ayın qalibləri böyük finalda iştirak hüququ qazanacaqlar.

Vumart və Güvən reklamı Vumart Güvən