Kubokda əlavə vaxt ləğv edildi

 01:15 11.06.2020     625

İtaliya kubokunda bu mövsümün qalan oyunlarda əlavə vaxtın olmamasına qərar verilib.

Redaktor.az xəbər verir ki, futbolçuların əlavə stress yaşamamağı və zədə almamağı üçün bu qərar verilib. Beləliklə, yarımfinalda və finalda əsas vaxtda qalib müəyyənləşməsə, komandalar dərhal penaltilər seriyasına keçəcəklər.

Bundan başqa, səfərdə vurulan qol qaydasının qüvvədə qaldığı vurğulanıb. 11 metrlik seriya yalnız iki oyunun nəticələri (1/2 final) bərabərlik olduqdan sonra gerçəkləşəcək.

Qeyd edək ki, İtaliya kubokunun yarımfinalında iyunun 12-i "Yuventus" - "Milan" , iyunun 13-ü "Napoli" - "İnter" cavab görüşləri keçiriləcək. / Qol.az

Vumart və Güvən reklamı Vumart Güvən