“Neftçi” - “Qəbələ” matçının vaxtı dəyişdirilib

 13:17 11.06.2020     553

"Neftçi”nin "Qəbələ” ilə keçirəcəyi sınaq matçının vaxtı dəyişdirilib. 

Redaktor.az xəbər verir ki, oyun əvvəlcədən nəzərdə tutulduğu kimi iyunun 14-də deyil, 13-də baş tutacaq. 

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bu ayın 14-15-də yaşayış yerini tərk etməklə bağlı qadağa qoyması buna səbəb olub. "Bakcell Arena”da keçiriləcək yoxlama görüşü saat 19:00-da başlanacaq.

Qeyd edək ki, "Neftçi” hazırlıq çərçivəsindəki ilk sınaq oyununda dünən "Keşlə”yə 3:1 hesabı ilə qalib gəlib.

Vumart və Güvən reklamı Vumart Güvən