AFFA təşəkkürnamə ilə təltif olunub

 14:53 11.06.2020     475

Qan donorluğunda fəal iştirakına görə AFFA Milli Hematologiya və Transfuziologiya Mərkəzi, həmçinin Mərkəzi Qan Bankı tərəfindən təşəkkürnamə ilə təltif edilib.

Redaktor.az-ın məlumatına görə, təşəkkürnamə bu gün AFFA-nın baş həkimi Vyaçeslav Xomenkoya təqdim olunub.

Qeyd edək ki, mayın 21-də AFFA-nın təşəbbüsü ilə Futbol akademiyasında təşkil olunan qanvermə aksiyasında AFFA-nın, Peşəkar Futbol Liqasının, Premyer Liqa klublarının, futbol ictimaiyyətinin nümayəndələri iştirak edib.

İyunun 14-ü bütün dünyada Beynəlxalq Qan Donoru Günü kimi qeyd olunur.