FİFA futbolçulara mövsümdə 3 klubda oynamaq icazəsi verib
FİFA müvəqqəti tənzimləmə dəyişikliklərini elan edib.
Redaktor.az-ın məlumatına görə, ali futbol qurumu futbolçulara bir mövsümdə üç klubda oynamağa icazə verib.
Bu addım oyunçuların işsizlik riskini azaltmaq üçün atılıb. Buna qədər FİFA-nın qaydalarına əsasən, bir futbolçu mövsüm ərzində yalnız iki klubda rəsmi matçlarda meydana çıxa bilərdi.
Eyni zamanda, futbol assosiasiyalarına müəyyən şərtlərlə cari mövsümün sonuna qədər 2020/21 mövsümü üçün ilk qeydiyyat dövrünü açmaq icazəsi verilib. / APA












