Tanınmış güləşçimiz virtual yarışda iştirak edir

 14:52 12.06.2020     470

Dünya Güləş Birliyinin (UWW) instagram səhifəsi dünyanın ən tanınmış 16 sərbəst güləşçisi arasında virtual yarış keçirir.

Redaktor.az-ın məlumatına görə, sonda ən çox səs toplayan güləşçi qalib olacaq.

Yarışa Azərbaycanın 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyevin də adı salınıb. 29 yaşlı idmançı 1/8 finalda Gürcüstanın 125 kq-da dünya çempionu Geno Petriaşvilini məğlub edib. 

Onun 1/4 finaldakı rəqibi isə İtaliyanın dünya çempionu Frank Çamizodur.

//Report.az

Vumart və Güvən reklamı Vumart Güvən