Azərbaycanda "WhatsApp"ın işində problem yaranıb

 04:28 20.06.2020     1444

Dünyanın müxtəlif ölkələrində və Azərbaycanda "WhatsApp" sosial şəbəkəsinin fəaliyyətində problem yaranıb.

Redaktor.az-ın məlumatına görə, istifadəçilərin əksəriyyəti sonuncu dəfə görünmə vaxtınə görə bilmir, proqramda mesajların çatdırılmasında da problemlər yaranıb. Azərbaycanla yanaşı İtaliya, Almaniya, Meksika, Rusiya, İngiltərə və Hollandiyada da "WhatsApp" istifadəçiləri bu problemlərlə üzləşiblər.

Baş vermiş problemlərlə bağlı şirkət rəsmi olaraq heç bir açıqlama bildirməyib