BMW şirkəti kütləvi ixtisarlara hazırlaşır

 05:16 20.06.2020     1607

BMW şirkəti yeni koronavirusun əmələ gətirdiyi böhran üzündən 6 min iş yerini ixtisar etmək niyyətindədir.

Redaktor.az xəbər verir ki, bununla yanaşı, müvəqqəti iş müqavilələrinə də xitam veriləcək və nəticədə işdən çıxarılanların ümumi sayı 10 minə yaxın olacaq. İxtisarlar daha çox yaşlı əməkdaşları əhatə edəcək.

Qeyd olunur ki, bunlar Almaniyanın avtomobil sənayesində ümumi vəziyyəti əks etdirir. Belə ki, “Daimler” şirkəti 15 min, “Audi” isə 9,5 min işçisini ixtisar etməyə hazırlaşır.