Azərbaycanda "WhatsApp"da problem yaranıb

 13:50 20.06.2020     1668

Dünyanın müxtəlif ölkələrində və Azərbaycanda "WhatsApp" sosial şəbəkəsinin fəaliyyətində problem yaranıb.

Redaktor.az xəbər verir ki, istifadəçilərin əksəriyyəti sonuncu dəfə görünmə vaxtını görə bilmir, mesajların çatdırılmasında da problemlər yaranıb. Azərbaycanla yanaşı İtaliya, Almaniya, Meksika, Rusiya, İngiltərə və Hollandiyada da "WhatsApp" istifadəçiləri bu problemlərlə üzləşiblər.

Baş vermiş problemlərlə bağlı şirkət rəsmi olaraq heç bir açıqlama verməyib.