5G-nin koronavirusla əlaqəsi: Maska şüanın qarşını alırmı?

 13:10 30.06.2020     1780

“Koronavirus qrip sinifinə daxil olan bir virusdur və onun hər hansı bir texnologiyanın yayması mümkün deyil”.

Bu sözləri Redaktor.az-a açıqlamasında İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov 5G-nin koronavirusu yayması ilə bağlı səslənən iddialar haqqında danışarkən deyib. O, 5G-nin virus yayması ilə bağlı fikirləri uydurma adlandırıb:  

“Biz komputer qarşısında oturmaqla hər hansı virus tuta bilərikmi? Əlbəttə ki, yox!

5G-nin olmadığ ölkələr var ki, orada da koronavirus sürətlə yayılır. Həmçinin, əgər virus hansısa şüa yolu ilə yayılırsa, onun qarşısını adi maska ilə necə almaq olar?! Əgər belə olsaydı, indi yoluxma sayı daha çox olardı. Çünki şüanın yayılma sürəti daha çoxdur və onun qarşısını maska ilə almaq mümkünsüzdür. Bu baxımdan 5G-nin virus yayması ilə bağlı iddialar məntiqsiz və şayiədir. Bu, bəzi insanların uydurmasıdır”.

Xəbərlər.az

F. Kəzımov insanların koronavirusu çox şişirtdiyini bildirib.  

“İnsanlar koronavirusu çox şişirdirlər. Dünyada yüzlərlə dəhşətli xəstəliklər var və bu xəstəliklərdən hər il minlərlə, hətta milyonlarla insan ölür.

Diqqətli olsaq, qaydalara əməl etsək, bu virus yox olub gedəcək. Boş-boş şayiələrə fikir vermək yerinə özümüzü qorusaq, daha yaxşı olar”.

Xatırladaq ki, elm adamları da 5G ilə koronavirus pandemiyası arasındakı bir əlaqənin bioloji cəhətdən mümkün olmadığını söyləyirlər.

Mahir Ələkbərov / Redaktor.az