"Facebook" və "Instagram" reklamları DAYANDIRILDI

 13:37 01.07.2020     1448

Texnologiya və proqram nəhəngi "Microsoft" şirkəti saxta xəbərlərə qarşı mübarizə üçün "Facebook" və "Instagram" reklamlarını bloklamaq qərarı verib. 

Redaktor.az xəbər verir ki, ABŞ-da tədricən reklamları dayandıran şirkət, daha sonra bütün dünyada reklamları dayandırıb.

"Microsoft"un marketinq mütəxəssisi Kris Kaposela hər iki platformada reklamların davam etməsi üçün tələb olunan şərtlər barədə danışıqları davam etdirdiklərini açıqlayıb:

“Reklamların davam etməsi atılacaq müsbət addımlardan asılıdır, amma hələlik bu qərar avqustun sonuna qədər davam edəcək”.

Sevda Ulutau / Redaktor.az