"Google" "Android" üçün iki yenilənmə edib

 19:25 08.07.2020     1311

"Google" şirkəti "Android" əməliyyat sistemi üçün iki yenilənmə edib.

Redaktor.az xəbər verir ki, 2020-07-01 və 2020-07-05 adı verilən yenilənmələr təhlükəsizlik sistemində bəzi qüsurları aradan qaldırmağa yönəlib.

Mütəxəssislərin fikrincə, bu qüsurlar müxtəlif istiqamətlərdə ola bilər. Ən başlıcası isə, "Android" istifadəçilərinin şəxsi məlumatlarının kibercinayətkarların əlinə keçməsi ehtimalıdır.

Qeyd olunur ki, yenilənmələr ümumilikdə 25-ə yaxın qüsuru aradan qaldıracaq.