"WI-FI" üçün quraşdırılan qurğuda CİDDİ TƏHLÜKƏ VAR

 08:55 09.07.2020     1177

Almaniyanın Fraunqover İnstitutunun alimləri evdə "WI-FI" üçün nəzərdə tutulmuş marşrutlayıcıların təhlükəsizliyini qiymətləndiriblər.

Redaktor.az xəbər verir ki, hər bir qurğunun təhlükəsizlik sistemində onu kiberhücumlar qarşısında dayanıqsız edən ən azı bir boşluq aşkar edilib.

Tədqiqat çərçivəsində 7 populyar brendin 127 modeli araşdırılıb: “Asus”, “AVM”, “D-Link”, “Linksys”, “Netgear”, “TP-Link” və “Zyxel”. Nəticə isə ürəkaçan deyil. Demək olar ki, bütün sınaqdan keçirilmiş routerlər düzəldilməyən boşluğa malikdir və “Linux” sisteminin köhnə versiyalarının idarəetməsi altında işləyir.