"Facebook" sistemindəki qüsurları düzəltməyə çalışır

 21:15 10.07.2020     1287

"Facebook" iOS əməliyyat sistemi üçün nəzərdə tutulan yenilənmədən sonra yaranmış qüsurların aradan qaldırılması üzərində işləyir.

Redaktor.az xəbər verir ki, bu barədə şirkətin nümayəndəsi açıqlama verib.

Qeyd olunur ki, bir çox ölkədən "Facebook iOS SDK" yenilənməsinin işə düşməsi ilə əməliyyat sisteminin işində qüsurların yaranması barədə şikayətlər daxil olub. Belə ki, istifadəçilər "Viber", "Yandex", ""Spotify", "TikTok" kimi proqramların işində çətinliklərin yarandığını bildirib.

Şirkətdən verilən məlumata görə, hazırda yenilənmə üzərində iş aparılır. Bu işin nə qədər vaxta başa çatacağı məlum deyil.