Çində ilk sürücüsüz taksinin sınaqları keçirilir

 01:35 16.07.2020     1314

Çinin "WeRide" startapı ölkədə ilk robotlaşdırılmış sürücüsüz taksi servisini istifadəyə verəcək. Proqrama Quançjou şəhərində start verilib.

Redaktor.az xəbər verir ki, testlər artıq bir həftədir davam edir və şirkət nümayəndələrinin sözlərinə görə, hər şey plan üzrə gedir. Sınaqlar hökumət, polis və sərnişinləri qane edəcəyi təqdirdə, taksi növbəti aydan etibarən fəaliyyətə başlayacaq.

Məlumata görə, robotlaşdırılmış taksilər müvəqqəti olaraq bir ərazidə işləyəcək. Sürücüsüz avtomobilin hərəkəti operator tərəfindən idarə olunacaq.

Şirkət nümayəndələrinin sözlərinə görə, hazırda müxtəlif yol vəziyyətlərini öyrənmək, şəhərin bütün ərazilərini, eləcə də robot taksilərin davranış və reaksiyasını daha yaxşı başa düşmək tələb olunur. //Azərtac