Müşahidə Şurasının yeni tərkibi təsdiqləndi - AMEA

 14:39 29.07.2020     329

AMEA Rəyasət Heyətinin qərarı ilə “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib.

AMEA-dan Redaktor.az-a bildirilib ki, qərara əsasən, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Müşahidə Şurasının sədri, AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov Müşahidə Şurasının katibi təyin edilib.

Yeni qərarda şuranın üzvləri siyahısında AMEA-nın vitse-prezidentləri, akademiklər Rasim Əliquliyev və İradə Hüseynova, eləcə də Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev də yer alıb.