NASA-dan nəhəng Mars layihəsi - FOTO

 04:10 31.07.2020     247

ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi bu günə qədərki ən böyük, ən kompleks Mars kəşfiyyat gəmisini yola çıxarıb.

Redaktor.az xəbər verir ki, “Perseverance” adlı kosmik gəmi Qırmızı planetdə “keçmişin izlərini” axtaracaq.

Bu gün Florida ştatındakı “Cape Canaveral” bazasından “Atlas V” raketi ilə göndərilən gəmi qədim yaşayış əlamətləri ilə yanaşı, iqlim və geologiyanı analiz edəcək.

Kiçik avtomobil boyda olan gəmi kamera, mikrofon, qazma və lazer cihazları ilə təchiz olunub.

“Perseverance”ın 2021-ci ilin fevral ayında Marsa çatması planlaşdırılır. O, vəzifəsini 10 il sonra tamamlayacaq.

Bu, NASA-nın Marsa göndərdiyi beşinci kosmik robotdur. //Publika.az

1