“Apple” səhmləri 400 dollar həddini aşdı

ABŞ birjasında “Apple”ın səhmlərinin qiyməti 27,17 faiz artıb.
Redaktor.az xəbər verir ki, iyulun 31-də ABŞ şirkətinin qiymətli kağızlarının dəyəri ilk dəfə 412,03 ABŞ dolları olub.
“Apple”ın bazar kapitallaşması 1,77 trilyon ABŞ dollarına çatıb.
Xatırladaq ki, 2019-cu ilin sentyabr ayında “Apple” smartfonlarının yeni modellərini buraxıb: “iPhone 11 Pro”, “iPhone 11 Pro Max”, “iPhone 11”. Yeni qacetların təqdimatından sonra şirkətin kapitallaşması 1 trilyon ABŞ dolları aşıb.