"Telegram" yeni funksiyasını təqdim edib

 08:50 15.08.2020     586

“Telegram” messenceri “Android” platforması üçün videozəng funksiyasını rəsmi olaraq təqdim edib.

Redaktor.az xəbər verir ki, bu barədə “Telegram”ın mətbuat konfransında bildirilib.

“2020-ci il dünyaya videozəng üçün etibarlı vasitələrə ehtiyac olduğunu göstərdi. Bu gün “Android” platforması üşün tətbiqdə (iOS-da da videozənglər yaxın zamanda mövcud olacaq) videozənglərin alfa-versiyasını təqdim edirik".

Videozəng istifadəçi profilindəki kamera işarəsi ilə işə düşür. Messencerin funksionallığı danışıq zamanı səsli zəng və videozəng arasında keçid etməyə, həmçinin zəngi bitirmədən yazışmağa imkan verir.