"Facebook"-da problem yaranıb - DİQQƏT!

 09:03 18.08.2020     478

Dünyanın bir çox ölkəsində "Facebook" sosial şəbəkəsindən istifadə edən insanlar problemlə üzləşib. 

Redaktor.az xəbər verir ki, bu barədə “Downdetector” portalı məlumat yayıb.

Belə ki, istifadəçilər öz profillərinə girməkdə və şəkil yükləməkdə çətinlik çəkiblər.

Problem daha çox ABŞ-da (Nyu-York, Texas, Kaliforniya və Kolumbiya ştatlarında), eyni zamanda Kanada, Meksika, Braziliya, Birləşmiş Krallıq, Hollandiya, Rusiya və Yunanıstanda müşahidə olunub.