“Internet Explorer” fəaliyyətini dayandıracaq

 10:51 20.08.2020     439

“Microsoft” şirkəti “Internet Explorer” brauzerinin fəaliyyətini 2021-ci il avqustun 11-də tamamilə ləğv edəcəyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, şirkət bundan sonra bütün diqqətini digər brauzeri “Edge”nin inkişafına yönəldəcək.

Xatırladaq ki, "Microsoft" uzun müddətdir ki, “Internet Explorer”in fəaliyyətinə son qoymağa çalışır. Bu çərçivədə 2015-ci ildə digər brauzer “Edge”ni istifadəyə verib.