"Mobil notariat" proqramına xüsusi maraq var

 07:55 22.08.2020     381

Azərbaycanda gündəlik 10 mindən çox notariat hərəkəti yerinə yetirilir.

Redaktor.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat İdarəsinin baş məsləhətçisi Zaur Hüseynov deyib.

Onun sözlərinə görə, son dövrlər "Mobil notariat" proqramına xüsusi maraq var:

"Ötən il istifadəyə verilən "Mobil notariat" tətbiqi vətəndaşlar arasında inam yaratdı. Artıq tətbiq 60 min nəfər tərəfindən yüklənilib. O cümlədən bu proqram vasitəsi ilə indiyədək 20 min notariat hərəkəti yerinə yetirilib". //Trend