Azərbaycanda kompüter avadanlıqlarının istehsalı 43% artıb

 02:35 23.08.2020     477

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 123,4 milyon manatlıq məhsul istehsal olunub.

Redaktor.az xəbər verir ki,  bu barədə Dövlət Statistika Komitəsi məlumat verib. 

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 42,8%, elektrik avadanlıqlarının istehsalında isə 5,1% artıb. 

Hesabat dövründə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 3,3 dəfə, 1 000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı isə 2,4 dəfə artıb.