"Facebook" sentyabrdan yeni dizayna keçəcək

 08:19 24.08.2020     413

"Facebook" ən çox istifadə edən sosial media platformalarından biridir. İnsanların çox istifadə etməsi səbəbilə şirkət platformunu canlı tutmaq üçün daim yeni funksiyalar və dəyişikliklər edir.

Redaktor.az xəbər verir ki, şirkət may ayında testlərinə başladığı yeni dizaynı  sentyabrdan etibarən hər kəsin istifadəsinə verəcək. 

Mayda test istifadəçiləri üçün istifadəyə verilən yeni dizayn məcburi deyildi. İstifadəçilər istədikləri vaxt köhnə dizayna qayıda bilirdilər. Lakin bu günlərdə istifadəçilərə göndərilən bildirişə görə, yeni dizayn artıq qalıcı olacaq və istifadəçilər köhnə dizayna qayıda bilməyəcəklər. Bildirişdə verilən məlumata görə, sentyabrın birindən etibarən yeni dizayn hər kəs üçün istifadəyə veriləcək və məcburi olacaq. Qısaca köhnə dizayna əlvida deməyin zamanı gəlib çatıb. 

 Qeyd edək ki, yeni dizaynı bəzi istifadəçilər bəyəndiyi halda, bəziləri bəyənmir.