Zoom-un işində problem yaranıb

 04:23 28.08.2020     434

Zoom istifadəçiləri tətbiqdə baş verən problemlərdən şikayət ediblər.

Redaktor.az xəbər verir ki, xidmətə daxil olmaq, videokonfranslara qoşulmaq mümkün deyil.

Tətbiqin işindəki fasilələr dünəndən başlayıb. Şikayətlərin çoxu ABŞ və Böyük Britaniyadan olan istifadəçilər tərəfindən qeydə alınıb.

Qeyd edək ki, Zoom tətbiqi pandemiyadan sonra populyarlaşıb. Yanvar-mart aylarında xidmətin ümumi auditoriyası 10 milyondan 200 milyona qalxıb, mənfəəti isə 135 dəfə artıb. //Ted.az