İlon Mask yeni icadını təqdim etdi

 12:19 29.08.2020     502

“SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask yeni ixtirasını ictimaiyyətə təqdim edib.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, “Neuralink” adlı yeni icad daha çox zehni məhdudiyyətli insanlar üçün nəzərdə tutulub. Belə ki, bu qurğu beyin implantı, yaddaş itkisi, depressiya, görmə zəifliyi və onurğa xəstəlikləri üçün istifadə ediləcək.

İ. Mask bildirib ki, “Neuralink” aparatı alzaymer və parkinson xəstələri üçün də faydalı olacaq:

“Əsas hədəflərimizdən biri də alzaymer və parkinson xəstəliklərinin müalicəsidir. Bu icad həmçinin qüsurlu insanların gündəlik həyat fəaliyyətlərini də asanlaşdıracaq”.

Qeyd edək ki, yeni qurğu insan saçının dörddə bir hissəsini əhatə edən 4 elektron İP və onlara bağlı olan çiplər vasitəsilə qulağın arxa hissəsinə qoşulacaq. Bu çiplərin sinir və sinir uclarını stimullaşdırması gözlənilir.

Lalə Cəfərli / Redaktor.az