"Apple" şirkəti suda üzən ilk fiziki mağazasını açır

 00:33 31.08.2020     510

Daim yenilikləri ilə fərqlənən "Apple" şirkətinin Sinqapurda açmağa hazırlaşdığı 3-cü fiziki mağazası digərlərindən xeyli fərqlənəcək. 

Redaktor.az xəbər verir ki, "Apple Marina Bay Sands" adının verildiyi yeni mağaza su üzərində üzəcək. Gündüz vaxtı fərqli dizayna malik teatr mərkəzi kimi görünsə də, əsas fərqi axşam hava qaralmağa başladıqda ortaya çıxır. Fərqli işıqlandırma sisteminə malik olan mağazanın daxili dizaynının necə olduğu isə hələlik bilinmir.

Qeyd edək ki, "Apple" şirkətinin Sinqapurda 2 ədəd fiziki mağazası var. Yeni açılan mağaza isə bunlardan 3-cüsü olacaq. "Apple" tərəfindən verilən məlumata görə yeni fiziki mağaza gündüz vaxtı "Downtown Core"un üfüq xəttini və suyun yansımasını əks etdirəcək. Gecə isə Sinqapurun Ay Festivalı ərəfəsində istifadə edilən ənənəvi fənərlərə bənzəyəcək.