"WhatsApp"da gözlənilməz yenilik

 06:35 18.09.2020     361

"WhatsApp" istifadəçilərini sevindirməyə hazırlaşır.

Redaktor.az xəbər verir ki, bu dəfə yenilik "WhatsApp Web"ə tətbiq ediləcək. Yeniliyə görə, "WhatsApp Web"ə giriş barmaq izi ilə olacaq. Özəlliyin hələlik hansı formada istifadə ediləcəyi ilə bağlı məlumat paylaşılmayıb. 

"Web" bu xidmətin ən çox istifadə edilən növlərindəndir. Xüsusi ilə iş yerlərində ünsiyyət yaratmaq üçün geniş tətbiq edilir.

Qeyd edək ki, bu zamana kimi "Web"ə mobil telefon olmadan daxil olmaq mümkün deyildi. Hələlik ancaq android beta versiyasında yenilənmə edilib. //Baku.ws