iPhone'lara gələn 15 yeni Xüsusiyyət - FOTO

 07:18 25.09.2020     1452

Apple'ın iPhone smartfonlarında istifadə etdiyi mobil əməliyyat sistemi iOS 14-ün yeni versiyasını təqdim etdi. Yeni iOS yeniləməsi iOS 14 ilə iPhone'lar bir çox yeni xüsusiyyət qazandı. 

Redaktor.az techland.az-a istinadən İOS 14 ilə iPhone'lara gələn 15 yeni xüsusiyyəti təqdim edir:

  • App Library
  • App Clips
  • Siri
  • Picture-in-Picture
  • Maps
  • Axtarış ekranı
  • Safari
  • Spatial Audio
  • Car Keys
  • Messages
  • Translate
  • Susqunluq Tətbiqləri
  • Memoji: Üz Maskaları
  • Təkmilləşmiş Təhlükəsizlik

İstifadəçilərin həyatını hər zamankindən daha asanlaşdırmağı hədəfləyən iOS əməliyyat sistemi uzun müddətdir dəyişməyən və istifadəçilər üçün çətinlik yaradan bəzi xüsusiyyətlərin həlli üçün yeniləndi.Gəlin bu xüsusiyyətləri daha ətraflı nəzərdən keçirək.

App Library- Tətbiqlər artıq ekranda özlərini nizama sala biləcək

Daha əvvəl iOS əməliyyat sistemində görmədiyimiz və yeni yeniləmə ilə birlikdə gələn bir başqa xüsusiyyət də App Librarydir . Dilimizdə Tətbiq Kitabxanası kimi tərcümə olunan bu xüsusiyyət, bütün tətbiqetmələrin müxtəlif kateqoriyayalara uyğun nizama salmağa imkan verir . Bu istiqamətdə istifadəçilər istədikləri tətbiqetmələrə daha asan və sürətli bir şəkildə daxil ola bilərlər.

App Clips : Artıq pul qabınızı özünüzlə daşımaya bilərsiz

Yepyeni bir xüsusiyyət olan App Clips, iPhone ilə ödəmələri hər zamankindən daha asanlaşdırır. iPhone-un NFC xüsusiyyəti ilə işləyən App Clips, Restoranlardan elektrikli skuterlərə, parkomatlardan avtomobil təmirçilərinə qədər, Apple Pay ilə ödəmə imkanı olan hər yerdə telefonuzu ödəmə nöqtəsinə toxundurmaqla ödəməni həyata keçirə bilər və bu proseduru ekrandan izləyə bilərsiz.

Ölkəmizdə hələ də Apple Pay və Google Pay kimi xidmətlərin aktiv olmadığını nəzərə alsaq bu funksiyadan yararlana bilməyəcəyimizi deyə bilərəm.

Siri: Bütün ekranı əhatə etməyən səs köməkçisi

Apple ekosisteminin səs köməkçisi olan Siri, "Zəngli saat quraşdırmaq, zənglər ,qeydlər etmək, İnternetdə axtarış" və s. Kimi sonsuz xüsusiyyətləri ilə həyatı asanlaşdırır. Ancaq Siri istifadə etmək istədikdə, bütün ekranımız Siri interfeysi ilə əhatə olunurdu. İOS 14 ilə bu problem aradan qaldırılır. Siri'yə bir əmr göndərdiyinizdə, Apple'ın səs köməkçisi artıq ekranın alt hissəsində görünür, əmri qəbul edib və icra edir. Arada əlavə heç bir Siri interfeysi görünmür.

Picture-in-Picture: "şəkildəki şəkil" (Android-dən götürülmüş başqa bir xüsusiyyət)

Bir videoya baxırsınız və ya video zəng edirsiniz. Bu zaman tətbiqdən çıxıb başqa bir tətbiqə keçmək istəyirdiniz, ancaq bunu etsəniz, ekranınızdakı görüntü dayanacaq. iOS 14 yeniləməsi ilə bu problemi həll edən Picture-in-Picture xüsusiyyəti iPhone'larda da yer aldı. Artıq Netflix, YouTube, Photos, FaceTime, Skype və bu kimi tətbiqetmələrdə bir video yayımlayarkən başqa bir tətbiqə keçmək mümkündür.

[Yenilənmə] Youtube bu xüsusiyyəti Apple'a şikayət edərək öz tətbiqi üçün deaktiv etməyi tapşırıb. Səbəb isə bu xüsusiyətdən yalnız Youtube Premium istifadəçiləri yararlana bilər.

Maps: Yeni canlı interfeys və Daha zəngin marşrutlar

Apple'ın yenilənmiş Maps tətbiqi özü ilə bir çox xüsusiyyət gətirir. Apple Maps artıq velosipedçilər üçün xüsusi marşrutlar yarada bilir. İstifadəçilər marşrut seçdikdə, Maps-də pilləkənlə qalxma ehtiyaclanın olub olmadığını bbelə öyrənə biləcəklər. Bundan əlavə, Apple Maps tətbiqetməsində turistik yerlər və ümumiyyətlə şəhər üçün bir tur bələdçisi var. Apple Maps istifadə edənlər tur bələdçilərini ciblərində gəzdirirlər.

Zəng ekranı: İndi bildirişlər qədər kiçilib

Nəhayət. İPhone istifadəçilərinin əziyyət çəkdikləri ən böyük problem artıq problem deyil. iPhone istifadəçiləri zəng gəldikdə ana ekrana qayıda bilmir, geri qayıtmaq üçün zəngdən imtina etməli olurdular. Apple , gələn zəngləri iOS 14 əməliyyat sistemində bildiriş olaraq göstərərək bu interfeysi tamamilə dəyişdirdi.

Safari: iOS üçün xüsusi tərcümə və təhlükəsiz yeni təcrübə təklif edəcək

Apple mobil əməliyyat sistemi iOSun yeni yeniləməsi ilə Safari həmişəkindən daha sürətli və təhlükəsizdir. Sayt əsaslı məxfilik hesabatlarını təqdim edə bilən yeni Safari, parol və ya hesabınızdan hər hansı birinin məlumatın sızma təhlükəsinə məruz qaldıqda sizi xəbərdar edəcək.

İOS- dakı Safari tətbiqi xarici dil veb saytına girdiyinizi dərhal aşkarlayır və ekranda tərcümə düyməsini göstərir. Bu düyməni vurduğunuzda bütün səhifə seçdiyiniz dilə tərcümə olunur. Hal-hazırda tərcümə xüsusiyyəti: İngilis, İspan, Çin, Fransız, Alman, Rus və ya Braziliya Portuqal dilini dəstəkləyir.

Məkan səsi: AirPods-u qulaqdan çıxarmağa ehtiyac yoxdur

AirPods Pro ilə işləyəcək bu xüsusiyyət, iOS 14 ilə 3D səs axınının təqlidini gətirir. Spatial Audio adlanan Apple'ın yeni texnologiyası Dolby Atmos dəstəyi təqdim edir və kinoteatrda qazandığımız hərtərəfli səs təcrübəsini bizə təqdim edir.

Bəs bu nə deməkdir? Deyək ki, izlədiyiniz videoda bir yarış avtomobili sağdan gəlir və sola gedir. Burada səs sağ qulağınıza çox yüksəkdir, ancaq sol qulağınıza daha azdır. Yarış avtomobili qarşınızdan keçəndə səs tam qarşınıza gəlir və sola doğru irəlilədikdə səs sol qulağınıza daha yüksək olur.

Avtomobil açarları: iPhone'u avtomobil açarı kimi istifadə etməyə hazırsınız?

"Apple"in dediyinə görə, artıq avtomobilinizin açarını özünüzlə daşımaq lazım deyil. Təqdim etdiyi Avtomobil Açarları texnologiyası , avtomobilinizə yaxın olduğunuzda avtomobilin kilidini açır. Mühərriki işə salmaq üçün eyni sistemdə işləyən iOS 14 yeniləmə xüsusiyyəti, tarixin tozlu rəflərindəki maşın açarlarını silir. Bu xüsusiyyəti istənilən vaxt söndürə və aça bilərsiniz.

Messages: WhatsApp? Bu sənsən?

Mesajlar tətbiqetməsi ilə qrup çatında yazacağınız mesajı istənilən adama yönəldə bilir və istənilən söhbət sətirini tətbiqin başına sabitləyə (pin) bilirsiz.

Translate: Fərqli dildə danışan iki nəfər bu tətbiqetmə ilə daha rahat əlaqə qura biləcək

Silikon Vadisinin nəhəng Apple şirkəti artıq yeni yeniləməsi ilə öz tərcümə tətbiqinə sahibdir. İnternetə ehtiyac olmadan tərcümə edə biləcəyindən də bəhs olunan bu tətbiq hal-hazırda 11 dili dəstəkləyir. Tətbiq açıq ikən ekran üfüqi bir vəziyyətə gətirildikdə, fərqli dillərdə danışan iki nəfərin qarşılıqlı ünsiyyət qurmasına imkan verən bir interfeysə keçir.

Susqunluq (default) tətbiqetmələr: İstədiyiniz tətbiqetməni standart olaraq təyin etmək mümkündür

İOS 14 ilə gələn və eşidənləri təəccübləndirən başqa bir yenilik, standart tətbiqləri dəyişdirmə imakınıdır. Apple'ın yeni əməliyyat sistemi yeniləməsi ilə artıq e-poçt və internet brauzeri üçün standart tətbiqetməni dəyişdirə bilərsiniz . Mail tətbiqi əvəzinə Gmail istifadə edənlər üçün can qurtaran bir yenilik.

Memoji: Üz Maskası

Koronavirus epidemiyasına laqeyd yanaşmayan Apple, istifadəçiləri tərəfindən tez-tez istifadə olunan Memojilərə yeni bir detal əlavə etdi. Apple istifadəçiləri artıq Memojilərinə bir üz maskası əlavə edə bilərlər . Bu detal əlavə edilərək, Apple həm istifadəçilərinə, həm də istifadəçilərinin Memojilərini göndərəcəkləri insanlara üz maskasının istifadəsinin vacibliyini çatdırmağa çalışır.

Təkmilləşmiş İstifadəçi Gizliliyi

İOS 14 ilə istifadəçilər tətbiqlərin məkandan istifadə etmə icazəsini verdikdə öz olduqları həqiqi yeri deyil, təxmini olduqları yeri paylaşa biləcəklər. Bundan əlavə, Gəlişdiricilər tətbiqlərinə "Apple ilə daxil olun ' seçimini əlavə edə biləcəklər. Ayrıca, gələn ildən başlayaraq, bütün tətbiqlər istifadəçiləri məlumatlarını izləmədən əvvəl icazə istəməlidir. 

 

2222222222222