"Xiaomi'nin yeni məhsulu: 10 il işləyəcək

 04:15 27.09.2020     408

Xiaomi, ağıllı ev üçün Mi Smart LED Bulb lampasını təqdim etdi. Cihaz 9W gücü və maksimum 900 lümen parlaqlığa malikdir.

Redaktor.az bildirir ki, Xiaomi Mi Smart LED Bulb, Google və Amazon Alexa səs köməkçiləri ilə təchiz edilmişdir. Lampanın B22 bazası var və 1700 - 6500 K rəng temperaturunda belə 16 milyon rəng çalarları buraxa bilir.

Lampa mobil cihazlardan idarə olunur. Cihaz gündə təxminən 6 saat istifadə edildiyi təqdirdə 25.000 saat və ya 11 ildən çox istifadə etmək üçün nəzərdə tutulmuşdur.

Cihaz 10 dollara təklif olunur. // techland.az-a